Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi bəyanat yayaraq Yaxın Şərqdəki gəmilərə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, agentlik Yaxın Şərqdə artan gərginlikdən xəbərdardır və bu, gəmiçiliyə birbaşa təsir göstərən hərbi əməliyyatların artmasına səbəb ola bilər.
Qeyd olunub ki, agentlik gəmilərə Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazından keçərkən ehtiyatlı olmağı tövsiyə edib. Dünən Britaniyanın dəniz təhlükəsizliyi şirkəti – “Embry” İsrailə bağlı ticarət gəmilərinə hərbi hücumların riskinin yüksək olduğunu açıqlayıb.
Elmin Alışov