Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qəzza yaşayış üçün yararsız bir yerdir - Ağ Evin mətbuat katibi
dünya

Qəzza yaşayış üçün yararsız bir yerdir - Ağ Evin mətbuat katibi

11-06-2025 23:00 36 Views
IMG

Qəzza zolağı indi yaşayış üçün yararsız bir yerdir və mövcud münaqişəyə son qoyaraq yenidən tikilməlidir.

Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt deyib.

“ABŞ prezidenti Donald Tramp hazırda Qəzzada vəziyyətin son dərəcə acınacaqlı olduğuna inanır, prezident regiondakı vəziyyətlə bağlı realistdir”, - Leavitt növbəti brifinqdə deyib.

O əlavə edib ki, Qəzzanı tərəfdaşların köməyi ilə yenidən qurmaq lazımdır və prezident bunun baş verməsini istəyir.

Mətbuat katibi həmçinin vurğulayıb ki, hazırda Vaşinqton administrasiyasının əsas prioriteti bütün girovları azad etmək və bu münaqişəni mümkün qədər tez bitirməkdir.

Aysel Şirinova