İsrail ordusu Beyrutun qəsəbələrində yerləşən "Hizbullah" şiə təşkilatının obyektlərinə zərbələr endirməyə başlayıb.
Tvit.az xəbər verir ki, bu barədə ordu mətbuat xidmətindən bildirilib.
Onun bəyanatına əsasən, zərbələrin hədəfləri Livan paytaxtının cənub qəsəbəsi olan Dahiya şəhərində "Hizbullah"ın silahlı qanadının 127-ci Hərbi Hava Qüvvələri bölməsinin obyektləridir.
Aysel Şirinova