Almaniya hakimiyyəti "Rossiya Seqodnya" media qrupunun nümayəndə ofisinin rəhbəri Sergey Feoktistovun yaşayış icazəsini uzatmayıb.
Tvit.az xəbər verir ki, bu barədə Rİa Novosti-nin məlumatında bildirilir.
Qeyd edək ki, Almaniya Torpaq Miqrasiya idarəsi Feoktistovun yaşayış icazəsinin uzadılması ilə bağlı müraciətini rədd edib və avqustun 19-dək ölkəni tərk etməsi barədə göstəriş verib.
Əks halda, agentlik aydınlıq gətirir, rusiyalı jurnalist ölkəni tərk etməyə məcbur edilməlidir.
Aysel Şirinova