Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes "Məclislərdə oxumaqla oynamaq olmaz" - Alim Qasımov
şou-biznes

"Məclislərdə oxumaqla oynamaq olmaz" - Alim Qasımov

03-06-2025 15:00 47 Views
IMG

Oxumaqla oynamaq məni qane etmir. Oxumaqla oynamaq olmaz. Xalq mahnılarında oxumaqla oynamaq gülməli çıxır”.

"Tvit.az" xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov “Afaqla 10lar” verilişində deyib. Xanəndə məclislərdəki oxumaqla oynamaq adətini bəyənmədiyini deyib:

“Musiqiçilər var, çalsınlar oynasınlar. Oxuyan gərək oxusun, biz isə onu dinləyək. Oynamaq üçün oxumaq musiqini hörmətdən salır. Tamaşaçı əsl sənətkara qulaq asmırsa, bu, sənətkarın günahı deyil. Əsl sənətkarın dinləyicisi də, tamaşaçısı da var. İndi gənclər yüngül musiqiyə meyilli olublar. İnşallah, belə getməz”.