Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda oğurluq edənlər saxlanıldı
sosial

Bakıda oğurluq edənlər saxlanıldı

19-05-2025 14:00 22 Views
IMG

Nəsimi rayonunun müxtəlif ərazilərində bir neçə nəfərə məxsus içərisində 1815 manat dəyərində qızıl bilərzik, 200 manat, mobil telefon, kosmetik əşyalar, sənədlər və bank kartları olan çantaların oğurlanması barədə polisə məlumatlar daxil olub.

"Tvit.az" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 45 yaşlı Ə.Mirzəquliyev, 65 yaşlı R.Eminov və bir qadın müəyyən olunaraq saxlanılıblar.  

Faktlarla bağlı araşdırma aparılır.