Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub. 
Tvit.az xəbər verir ki, tender əmək yarmarkalarının təşkili xidmətlərinin satın alınması ilə bağlı idi. 
Tenderin qalibi "Enem-Ay Audit and Tax" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 141 min 246 manat təşkil edib.


 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 