Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda istilik verilməsi vaxtı dəyişdiriləcək
sosial

Azərbaycanda istilik verilməsi vaxtı dəyişdiriləcək

16-05-2025 13:00 27 Views
IMG

İstiliyin verilməsinın dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

 

O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək:

 

“Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.

 

Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.