ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qarşıdakı on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacağını bildirib.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Yaxın Şərq turu çərçivəsində BƏƏ-yə gedən ABŞ prezidenti Tramp Əbu-Dabidəki Əl Vətən sarayında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Tramp Əl Nəhyanla təkbətək görüşündən sonra verdiyi açıqlamada BƏƏ-yə növbəti on il ərzində ABŞ-a 1,4 trilyon dollarlıq sərmayə qoyacağına görə təşəkkür edib.
ABŞ-ın gələcəyi üçün cəmi 10 trilyon dollardan çox investisiya vədi aldıqlarını ifadə edən Tramp, bu sərmayələrin süni intellekt və informasiya texnologiyaları sektorlarında inkişafa çevriləcəyini ifadə etdi.
Tramp prezidentliyinin ilk dövründə ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu və bu müddətdə daha da yaxşı olacağını iddia edib.