Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ: “Tramp və Putin görüşməsə, uğur qazana bilmərik”
dünya

ABŞ: “Tramp və Putin görüşməsə, uğur qazana bilmərik”

15-05-2025 22:00 21 Views
IMG

ABŞ dövlət katibi Marko Rubio, "Putin və Trampın nə vaxt görüşəcəyi ilə bağlı heç bir məlumat yoxdur. Tramp və Putin görüşməyincə uğur qazana bilmərik" deyib.

Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı çərçivəsində olduğu Türkiyədə xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlama verib. 

"Biz dünyanın ən mərhəmətli ölkələrindən biriyik. Milyonlarla insan daimi olaraq ABŞ-a gəlir. Analoji təcrübəyə malik ikinci ölkə yoxdur. Ancaq hər il 5 milyon insanın ölkəmizə gəlməsinə icazə verə bilmərik. Onların 4 milyonu qanunsuz gəlir.

Trampla Putinin nə vaxt görüşəcəyi ilə bağlı məlumatım yoxdur. Əvvəlcə prezident Trampın öz səfərini başa vurmasını gözləyəcəyik və sonra nə olacağını görəcəyik. O zaman bəlkə bir zaman qrafiki yarada bilərik", - deyə o, əlavə edib.

Aysel Şirinova