Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qazaxıstan və Çin rəsmiləri bu məsələləri müzakirə etdilər
dünya

Qazaxıstan və Çin rəsmiləri bu məsələləri müzakirə etdilər

15-05-2025 14:00 25 Views
IMG

Qazaxıstan və Çinin nəqliyyat nazirləri Marat Karabayev və Liu Vey İrtış çayı ilə Rusiyadan da daxil olmaqla yüklərin daşınması üçün multimodal nəqliyyat dəhlizinin yaradılmasını müzakirə ediblər.

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüşün mövzuları həmçinin Qazaxıstanın Almatı vilayəti və Çinin Sincan-Uyğur Muxtar Rayonu ərazisindən axan İli çayı boyunca yüklərin çatdırılması marşrutundan istifadə və iki ölkə arasında yük dövriyyəsinin artırılmasının digər yollarını əhatə edib.

"2025-ci ilin birinci rübünün nəticələrinə əsasən, Çin ilə ixrac-idxal avtomobil daşımalarının həcmi 82% artaraq 822 min ton yük təşkil edib. Bu ilin ilk 4 ayının nəticələrinə əsasən, dəmir yolu ilə Çinlə yükdaşımaların həcmi 13% artaraq 11,4 milyon ton təşkil edib",  - deyə bildirilib.

Aysel Şirinova