Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Vidadi oğlu Əhmədovun Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilməsilə bağlı sərəncam imzalayıb.
Tvit.az xəbər verir ki, Bəhruz Əhmədov 1984-cü ildə Neftçala rayonunda anadan olub.
Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
2018-ci ildə Qazax Hərbi Prokurorluğuna təyin edilib.
2021-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bu vəzifəyə qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi işləyib.