Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına cavab verəcəyini açıqlayıb.
Tvit.az bu barədə “RİA Novosti” agentliyinə istinadən xəbər verir.
“Bu addım cavabsız qalmayacaq. Lazım olan şəkildə cavab veriləcək”,- deyə sözçü bildirib.
Qeyd edək ki, dünən Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayıb.
Elmin Alışov