Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Leysan, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
sosial

Leysan, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq

10-05-2025 13:00 24 Views
IMG

Mayın 11-i günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.