Sabah meydanda çox işləməli olacağıq”.
"Tvit.az" xəbər verir ki, bu sözləri “Ayaks”ın futbolçusu Kian Fits-Cim UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə Niderland klubunun rəsmi saytına açıqlamasında deyib.
21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin bəzi matçlarını izlədiklərini bildirib: “Rəqib son 10 ildə öz ölkəsinin çempionu olub. Heyətində texnikalı yarımmüdafiəçilər var. Çətin oyun olacaq, amma biz hazırıq”.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.