Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Oğuzun 23 kəndində qaz olmayacaq
sosial

Oğuzun 23 kəndində qaz olmayacaq

06-05-2025 21:00 15 Views
IMG

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Yaqublu QPS qaz kəmərinin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla, rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.