Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
sosial

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

05-05-2025 20:00 22 Views
IMG

Paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

 

Tvit.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.