Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes Mahsun Kırmızıgül xəstəxanalıq oldu
şou-biznes

Mahsun Kırmızıgül xəstəxanalıq oldu

24-04-2025 14:00 41 Views
IMG

Məşhur sənətçi Mahsun Kırmızıgül xəstəxanalıq olub. 

"Tvit.az" xəbər verir ki, buna səbəb müğənninin ard-arda kədərli xəbərlər alması olub. Belə ki, aktyorluğa və rejissorluğa ara verən Mahsun Kırmızıgül 6 dekabr 2024-cü ildə 99 yaşlı anası Faike Arıkı itirib.

Bir müddət sonra Kırmızıgül ögey anası Zühre Bazencirini də itirib.  Analarının ölüm acısını yaşayarkən müğənni yaxın dostunun vəfatı xəbəri ilə sarsılıb. Bir-birinin ardınca gələn bəd xəbərlər müğənninin səhhətinə mənfi təsir edib.

Həkimlər onun ürək döyüntüsünün çox olduğunu açıqlayıblar. Müayinələrdən sonra sənətçi evə buraxılıb.