Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Makron: Fransa ABŞ alimlərini qəbul etmək üçün 100 milyon avro ayıracaq
dünya

Makron: Fransa ABŞ alimlərini qəbul etmək üçün 100 milyon avro ayıracaq

05-05-2025 15:00 59 Views
IMG

Fransa hökuməti ABŞ-da elmi tədqiqatların maliyyələşdirilməsinin kəsilməsi fonunda amerikalı alimlərin ölkədə qəbulu üçün 100 milyon avro ayırmaq niyyətindədir.

Tvit.az xəbər verir ki, bunu Respublika Prezidenti Emmanuel Makron Sorbonnada Parisin bütün dünyadan alimləri Aİ-yə cəlb etmək üçün “Avropa seçin” proqramında iştirakını şərh edərkən deyib.

"Dövlət əlavə 100 milyon avro ayıracaq", - o qeyd edib.

Onun sözlərinə görə, Avropa alimlər üçün sığınacaqa çevrilməlidir. "Məqsəd doktorantlardan və kiçik professorlardan tutmuş Nobel mükafatçılarına qədər namizədlərin keyfiyyətini nəzərə alaraq lazım olan qədər tədqiqatçıdır", - Makron qeyd edib. 

Aysel Şirinova