Donald Tramp Federal Həbsxanalar Bürosuna Kaliforniya ştatının San-Fransisko şəhərində muzeyə çevrilmiş Alkatraz həbsxanasını məşhur cinayətkarlar üçün yenidən açmağı tapşırıb.
Tvit.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media hesabında bildirib.
“Keçmişdə daha ciddi bir millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu cinayətkarlara daha dözməyəcəyik”,- deyə Tramp qeyd edib.
San Fransiskonun ən əhəmiyyətli simvollarından biri olan Alkatraz adasında dünyanın ən məşhur həbsxanası kimi tanınan bu həbsxanaya dair bir çox film də çəkilib.
Elmin Alışov