Almaniyanın şimalında Timmendorfer-Strand kommunasında liman ərazisində partlayış baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Hamburger Morgenpost-un məlumatında bildirilib.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Partlayış yerinin ətrafındakı ərazi mühasirəyə alınıb. Belə ki, burada daha 17 qaz kəməri saxlanılır.
Mart ayında Almaniyanın Hannover şəhərində tiryək fabrikində partlayış baş verib.