Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "20 Yanvar”da özünü qəsdən maşınların altına atan şəxs saxlanıldı - FOTO
sosial

"20 Yanvar”da özünü qəsdən maşınların altına atan şəxs saxlanıldı - FOTO

01-05-2025 17:00 19 Views
IMG

Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub. 

"Tvit.az" xəbər verir ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür. 

Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir