ABŞ dövlət katibi Marko Rubio Pakistanın Baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı birlikdə dialoqa çağırıb.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
“ABŞ həm Pakistan, həm də Hindistanı Cənubi Asiyada gərginliyi azaltmağa, sülh və təhlükəsizliyi təmin etməyə və iki ölkə arasında birbaşa əlaqəni bərpa etməyə təşviq edir”,- deyə katib bildirib.
Elmin Alışov