Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Bakının bu rayonunda qaz olmayacaq
sosial

Sabah Bakının bu rayonunda qaz olmayacaq

30-04-2025 20:00 8 Views
IMG

Sabah Bakının Sabunçu rayonunun bir çox ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Tvit.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar mayın 1-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Rayonun Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının, Ramanı qəsəbəsinin, Sabunçu qəsəbəsinin, Yeni Ramanı, Bünyadzadə, Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Bakıxanov qəsəbəsinin M.Fətəliyev, Sülh, E.Xəlilov, S.Cabbarov, Ş.Kamilov, Hacınski küçələrinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin, Ramanı 2-ci sahənin, Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.