Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun bu gecə ölkəsinə 100-dən PUA ilə hücum təşkil etdiyini açıqlayıb.
Tvit.az xəbər verir Ukrayna lideri bu barədə Telegram hesabında açıqlama verib.
Hücumların əsasən Dnepr, Xarkov və Dobropillya şəhərlərini hədəf aldığını bildirən Zelenski, məktəblər kimi müxtəlif mülki infrastrukturların hədəf alındığını vurğuladı.
Zelenski pilotsuz təyyarələrin hücumları nəticəsində 1 nəfərin öldüyünü, ikisi uşaq olmaqla 46 nəfərin yaralandığını qeyd edib.
Elmin Alışov