Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home OTHER Bakıda tuneldə batanlar çörək paylayırmış...
OTHER

Bakıda tuneldə batanlar çörək paylayırmış...

22-10-2024 20:00 13 Views
IMG

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.

 

Tvit.az tribunainfo.az-a istinadən xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.

 

Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.