Putinin üç günlük atəşkəs təklifinə Ukrayna və Avropa İttifaqının reaksiya verməməsi münaqişənin sona çatmasında həqiqətən kimin maraqlı olduğunu göstərir.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Avropa İttifaqı daxil olmaqla Ukraynadan atəşkəslə bağlı fikir eşitməmişik. Burada kimin həqiqətən sülhə can atdığı və kimin müharibəyə üzrxahlıq etdiyi aydın olur",- deyə Kreml sözçüsü qeyd edib.
Elmin Alışov