Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
sosial

Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

28-04-2025 16:00 19 Views
IMG

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 13429:2025 "Qablaşdırma - Təkrar istifadə", AZS EN 13430:2025 "Qablaşdırma - Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər" və AZS 14182:2025 "Qablaşdırma - Terminologiya - Əsas termin və təriflər" yeni dövlət standartlarını qəbul edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.

 

Bildirilib ki, standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

 

Yeni dövlət standartları "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb və institut onları qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avrop Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC nömrəli "Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında" Direktivinin istinad standartlarının autentik tərcüməsi əsasında işlənib hazırlanıb.