Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Pezeşkian: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
sosial

Pezeşkian: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

28-04-2025 15:00 15 Views
IMG

"Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".

 

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu gün prezident iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşılanan İran Prezidenti Məsud Pezeşkian iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibli görüşündə belə deyib.

 

"Qarabağ Azərbaycanındır və biz buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız ikitərəfli bağlılığı və birliyi möhkəmləndirməyə xidmət edəcək".

 

Bakıda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian, həmçinin Azərbaycan Prezidenti ilə görüşündə ölkəsinin Ali Lideri Əli Xameneinin salamını İlham Əliyevə çatdırıb.

 

"Azərbaycanda olmaqdan çox şadam. Ümid edirəm ki, bizim burada olmağımız və ekspertlərimiz arasında artıq keçirilmiş görüşlərlə mütləq imzalanacaq müqavilələr Azərbaycanla münasibətlərimizdə daha böyük addımların atılması üçün başlanğıc olacaq", - deyə M.Pezeşkian bildirib.