Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILDI
sosial

Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILDI

27-04-2025 13:00 19 Views
IMG

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.

Bu barədə "Tvit.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Belə ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, önvədən hərəkət istiqamətlərinəmuyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur.

Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.