Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Real Madrid" "Barselona" ilə oyunöncəsi məşqə çıxmaqdan imtina edib
sport

"Real Madrid" "Barselona" ilə oyunöncəsi məşqə çıxmaqdan imtina edib

25-04-2025 23:00 16 Views
IMG

İspaniya Kral Kubokunun final matçından öncə qalmaqal yaşanıb.

 

Tvit.az xəbər verir ki, "Real" oyunöncəsi məşqə çıxmaqdan imtina edib.

 

Buna səbəb "kral klubu"nun qarşılaşmanın hakimləri Rikardo De Burqos və Pablo Qonzalesin dəyişdirilməsini istəməsidir.

 

Madridlilər həmçinin mətbuat konfranslarını və finala qədər olan bütün tədbirləri ləğv etdiklərini açıqlayıblar.

 

Qərarın hakimlərin "Real"a qarşı ifadələri ilə bağlı olduğu bildirilir. Belə olan halda oyunun baş tutması da sual altına düşüb.

 

Qeyd edək ki, Kral Kubokunun finalında "Real" "Barselona" ilə qarşılaşacaq. Görüş aprelin 27-də baş tutacaq.