Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Serbiya prezidentinin bu təklifi sağlamdır - Rusiya
dünya

Serbiya prezidentinin bu təklifi sağlamdır - Rusiya

25-04-2025 22:00 16 Views
IMG
Serbiya prezidenti Aleksandar Vuçiçin 2026-cı ildə Belqradda dünya liderlərinin sammitini təşkil etmək təklifi sağlam fikirdir.
Tvit.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Leonid Draçevskiy deyib.

"Mən bunu sağlam və maraqlı təşəbbüs hesab edirəm. Əlbəttə, bu, onların öz istək və əhval-ruhiyyəsindən asılı olacaq", - Draçevskiy vurğulayıb.

O əlavə edib ki, həmsədrlərdən biri iştirak edə bilməsə, bu, ciddi problem olmayacaq. Ümumiyyətlə, təklif işlək varianta oxşayır.

Aysel Şirinova