Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiyada azyaşlı miqrantlara qarşı qaydalar sərtləşdi
dünya

Rusiyada azyaşlı miqrantlara qarşı qaydalar sərtləşdi

25-04-2025 22:00 14 Views
IMG
Rusiya hökuməti Dövlət Dumasına Daxili İşlər Nazirliyi ilə təhsil müəssisələri arasında miqrant uşaqlar haqqında məlumat mübadiləsi mexanizminin tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 Həmin qanuna əsasən, regional və şəhər təhsil idarələrindən miqrasiyada olan uşaqların rus dilini bilmələri üçün test imtahanlarının nəticələri, onların məktəb və kolleclərə qəbulu, habelə ölkədən çıxarılması barədə Daxili İşlər Nazirliyinə məlumat vermək tələb olunacaq.

Bundan başqa, qurumlar nəzarət edilən şəxslərin qeydiyyatına daxil olan azyaşlı əcnəbi vətəndaşlar və onların qanuni nümayəndələri barədə məlumatları köçürməli olacaqlar.

Aysel Şirinova