Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı bu ilin aprel ayının 1-nə olan göstəriciyə görə 231,2 min nəfər olub.
Tvit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsiz şəxslərin 47,9%-ni (110 745 nəfər) qadınlar, 52,1%-ni (120 455 nəfər) qadınlar təşkil edib.
Qeyd edək ki, 2025-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 316 min nəfər olub, onlardan 5 milyon 032,8 min nəfərini məşğul əhali təşkil edib.
Cari il martın 1-i vəziyyətinə əsasən muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,5 min nəfər, qeyri-dövlət sektorunda isə 880,3 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda isə 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1727,3 min nəfər çalışıb.
Aysel Şirinova