Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
sosial

Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ

25-04-2025 17:00 21 Views
IMG

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

"Tvit.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.