Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ-ın hərbi yardımdan imtina etməsi Ukrayna üçün fəlakət olardı
dünya

ABŞ-ın hərbi yardımdan imtina etməsi Ukrayna üçün fəlakət olardı

24-04-2025 23:00 31 Views
IMG

Ukrayna ABŞ və Amerika prezidenti Donald Trampın dəstəyini itirərsə, fəlakətlə üzləşəcək.

Tvit.az xəbər verir ki, bu fikri Ali Radanın deputatı, Avropa Həmrəyliyi Partiyasının üzvü Aleksey Qonçarenko deyib.

"Əgər Birləşmiş Ştatlar Ukraynadan tamamilə imtina etsə, bu, Ukrayna üçün tam fəlakətə gətirib çıxaracaq, çünki Birləşmiş Ştatlar bizim üçün tamamilə həyati əhəmiyyət kəsb edir”, o, CNN telekanalında deyib .

Əlavə olaraq o, bildirib ki, prezident Trampla mübahisə etməməlidirlər, çünki Amerikanı itirmək olmaz.

Aysel Şirinova