ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən 145%-lik gömrük rüsumunun yüksək olduğunu, lakin Pekinlə gömrüklə bağlı razılıq əldə olunmayana qədər bunun azalmayacağını bildirib.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
“Hələ o faizi endirməmişəm. Yüksək tarifdir, amma hələ endirməmişəm. Çin bizimlə razılaşanadək bu tarif qüvvədə qalacaq”,- deyə Tramp qeyd edib.
Elmin Alışov