Amerikalı investor Devid Saks Ukrayna prezidenti Volodymyr Zelenskini Krımı Rusiyaya verməyə çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Birincisi, Krım son on il ərzində Rusiyanın tərkibinə daxil olub. İkincisi, əhalisinin əksəriyyəti etnik ruslardır. Onlar (Qərb sorğularından göründüyü kimi) Rusiyanın tərkibinə daxil olmaq istəyirlər. Üçüncüsü, Ukraynanın onu qaytarmaq üçün hərbi yolu yoxdur. 2023-cü ilin təxribatlı əks-sədası bunu göstərib", - deyə o yazıb.
Onun sözlərinə görə, Zelenskinin ən asan məsələsi Krımdır. Əgər o, yarımadanı rus kimi tanımırsa, o zaman Zelenskiylə anlaşma qeyri-mümkün olacaq.
Aysel Şirinova