İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 21-də növbəti dəfə torpaq hərracı keçirəcək.
Tvit.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, hərraclar ƏMDX-nın Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı, Ağsu və İsmayıllı ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.