Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Xameneyi: ABŞ ilə danışıqlar gərginliyi azaltmaq üçündür
dünya

Xameneyi: ABŞ ilə danışıqlar gərginliyi azaltmaq üçündür

23-04-2025 12:00 22 Views
IMG

Bu gün Pekinə səfər edən İranın xarici işlər naziri Abbas Əraqçı  Çin Xalq Respublikasının Sədri Si Cinpinə ölkənin ali rəhbəri Əli Xameneyidən məktub aparıb. 
 

Tvit.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.


Məlumata görə, məktubda ABŞ ilə danışıqların nəticələrinin Tehran-Pekin münasibətlərinə xələl gətirməyəcəyi vurğulanır.


Qeyd olunub ki, Xameneyi mesajında Vaşinqtonla danışıqların yalnız gərginliyi azaltmaq məqsədi daşıdığını bildirib. O, Vaşinqtonla hər hansı razılaşma əldə olunarsa, Tehranın Pekinlə 25 illik strateji razılaşmanın müddəalarına sadiq qalacağını və iki ölkə arasında iqtisadi əlaqələrin davam edəcəyini deyib. 


Elmin Alışov