Serbiya prezidenti Aleksandr Vuçiç mayın 9-da Rusiya lideri Vladimir Putinlə qaz tədarükü və neft sənayesini müzakirə etməyi planlaşdırdığını bildirib.
Tvit.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
“Əgər mən mayın 9-da orada olsam, ola bilər ki, 9-da axşam Putinlə hər şey haqqında: qaz, neft və başqa hər şeylə bağlı görüşüm olacaq”, - Vuçiç qeyd edib.
Serbiya rəhbəri bundan əvvəl mayın 9-da Moskvada keçiriləcək Qələbə bayramında iştirak etməyi planlaşdırdığını açıqlayıb. Eyni zamanda, qarşıdakı səfərə görə təzyiqlərə məruz qaldığını etiraf edib. "Mən hiss edirəm ki, göy başımın üstünə çökəcək", - Serbiya lideri qeyd edib.
Aysel Şirinova