ABŞ-ın şimal-qərb universitetində Trampın universitetlərə qarşı siyasətinə etirazlar keçirilir.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
ABŞ-ın İllinoys ştatındakı Şimal-Qərb Universitetinin şəhərciyində toplaşan bir qrup tələbə Tramp administrasiyasının universitetlərlə bağlı siyasətinə etiraz etmək üçün ölkə daxilində keçirilən nümayişlər çərçivəsində lövhə və pankartlarla reaksiyalarını nümayiş etdirib.
Etirazçılar Şimal-Qərb Universitetinin rəhbərliyini tələbələrin, işçilərin və müəllimlərin hüquqlarını müdafiə etməyə çağırıblar.
Elmin Alışov