Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Yeni texnologiya: Karbon qazı 15 dəqiqə ərzində yanacağa çevrildi
dünya

Yeni texnologiya: Karbon qazı 15 dəqiqə ərzində yanacağa çevrildi

18-04-2025 08:00 46 Views
IMG

Yaponiyada hazırlanmış yeni texnologiya sayəsində karbon qazı (CO₂) cəmi 15 dəqiqə ərzində sintetik yanacaq komponentinə çevrilib.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, Tohoku Universiteti, Hokkaydo Universiteti və AZUL Energy alimləri CO₂-ni dəm qazına (CO) çevirən innovativ üsul hazırlayıblar.


Yeni texnika bu günə qədər istifadə edilən bütün oxşar sistemləri üstələyir, çevrilmə müddətini 24 saatdan cəmi 15 dəqiqəyə endirir.


Bu üsul aşağı qiymətli katalizatorla yüksək səmərəliliyi təmin etməklə və sənaye standartlarını aşaraq karbon neytral gələcəyə doğru mühüm addım hesab olunur.


Elmin Alışov