Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri aprelin 17-də Tbilisidə görüş keçirəcəklər.
Tvit.az-ın verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in Mətbuat Xidməti xəbər yayıb.
Qeyd olunub ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan etmişdi ki, Ermənistan və Azərbaycan regionda sülh və sabitliyin təşviqində Gürcüstana güvənə bilərlər. O, Tbilisinin regionda dialoq və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təqdim edəcəyinə əmin etmişdi.