Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Anar Əliyevə yeni müavinlər təyin edildi
sosial

Anar Əliyevə yeni müavinlər təyin edildi

16-04-2025 16:00 42 Views
IMG

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, bu vəzifələrə Vüsal Zakir oğlu Nəsirli və Hidayət Kaviz oğlu Abdullayev gətiriliblər.

 

Hidayət Abdullayev 2011-ci ildən Azərbaycan İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

 

2018-ci ilin avqust ayından əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub.

 

Vüsal Nəsirli isə 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

 

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir.