Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu, Azərbaycan və Gürcüstansız mümkün deyil
sosial

Bu, Azərbaycan və Gürcüstansız mümkün deyil

16-04-2025 14:00 37 Views
IMG

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

 

Tvit.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.

 

“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.