İsrail xarici işlər naziri Gideon Saar Londonda britaniyalı həmkarı David Lammy ilə görüşüb.
Tvit.az bu barədə "The Times of İsrael"ə istinadən xəbər verir.
Məlumata görə, nazirlər İranın nüvə proqramı, eləcə də Qəzzadan girovların azad edilməsi üzrə danışıqları müzakirə edir. Onlar ikitərəfli əlaqələri də müzakirə edirlər.
Qeyd edək ki, iki diplomat sonuncu dəfə Lamminin yanvar ayında İsrailə səfəri zamanı görüşüb.
Aysel Şirinova