Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Hulusi Akar: "Azərbaycanla ortaq ordunun formalaşdırılması prosesi davam edir"
sosial

Hulusi Akar: "Azərbaycanla ortaq ordunun formalaşdırılması prosesi davam edir"

15-04-2025 15:00 69 Views
IMG

"Azərbaycan və Türkiyənin ortaq ordusunun formalaşdırılması davamlı prosesdir".

 

Tvit.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin dövlətçiliyini dəstəkləyir:

 

"Biz artıq bir millət iki dövlət yox, bir millət üç dövlətik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda tək ordu istiqamətində proses davam edir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir. Silahlar, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir".