Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bank kartlarından daha 14 min oğurlandı
sosial

Bank kartlarından daha 14 min oğurlandı

15-04-2025 09:00 69 Views
IMG

Ötən gün vətəndaşların bank kartlarından 13 818 manat oğurlanıb.


Bu baradə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

 

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

 

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".