Rusiya, ABŞ və Çin kimi ölkələr yeni dünya nizamının liderləri olacaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Argentina prezidenti Xavyer Miley deyib.
“Biz görürük ki, dünya indi yenidən qurulur. İkinci Dünya Müharibəsindən sonra mövcud olan dünya nizamı artıq ölüb. Rusiya, ABŞ və Çin yeni dünya nizamının liderləri olacaq”,- deyə Argentina lideri bildirib.
Elmin Alışov